...

"Ocaq" beynəlxalq kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq böyük xoşbəxtlikdir - Yarışın qalibi

İdman Materials 25 Noyabr 2022 20:59 (UTC +04:00)
"Ocaq" beynəlxalq kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq böyük xoşbəxtlikdir - Yarışın qalibi

Bakı. Trend:

Bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq böyük xoşbəxtlikdir.

Bunu Trend-ə bu gün 2016-cı il təvəllüdlü gimnastlar arasında yarışın qalibi Yağmur Həsənova deyib.

"Yarış bir qədər çətin olsa da, mən bədii gimnastikada öyrəndiklərimi göstərməkdən məmnunam. Bu gün həyəcanlı idim, amma məşqçi və azarkeşlərin dəstəyi mənə kömək oldu. "Ocaq" kubokunda medal qazanmağım gələcək uğurlarım üçün təkan olacaq", - deyə o bildirib.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçiriləcək. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayıq. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti