...

Bakıda bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun yarışlarının final günü keçirilir

İdman Materials 27 Noyabr 2022 13:05 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun yarışlarının final günü keçirilir
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun yarışlarının final günü keçirilir.

Trend baza günü xəbər verir ki, bu gün fərdi çıxışlar proqramında 2010-cu il təvəllüdlü gimnastlar və “gənclər” yaş kateqoriyası üzrə yarışlar keçiriləcək.

Qrup hərəkətlərində komandalar arasında 2015-2016, 2012-1014 və 2010-2011-ci il təvəllüdlü idmançılar çıxış edəcəklər.

Qeyd edək ki, 25-27 noyabr tarixlərində “Ocaq Sport” klubu bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti