...

Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə əlavə stimul verəcək - yarışın qalibi

İdman Materials 27 Noyabr 2022 19:49 (UTC +04:00)
Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə əlavə stimul verəcək - yarışın qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə gərgin məşq etmək üçün əlavə stimul verəcək.

Bu barədə bazar günü Trend-ə 2013-cü il təvəllüdlü gimnastlar arasında gürzlərlə hərəkətlər üzrə proqramın qalibi Mələk Rzayeva deyib.

"Təbii ki, qazanılan medal həm müsbət emosiyalar verir, həm də əlavə özünə inam, məşqləri davam etdirmək üçün motivasiya verir. Mən bədii gimnastikanı çox sevirəm, ən gözəl və zərif idman növüdür və qazanılan uğura görə şadam" - deyə "Grasiya" İdman Klubunun nümayəndəsi qeyd edib.

Mələk Rzayeva etiraf edib ki, yarışa başlamazdan əvvəl həyəcanlı olub, lakin tamaşaçıların dəstəyi onun öhdəsindən gəlməyə kömək edib:

"Milli Gimnastika Arenasındakı tamaşaçılar ən yaxşısıdır. Onların bütün idmançıları dəstəkləməsi, onları yaxşı çıxışlara hazırlaması xoşuma gəlir. Onların dəstəyini hiss etdikçə, çıxsış etmək daha asan olur".

Qeyd edək ki, 25-27 noyabr tarixlərində “Ocaq Sport” klubu bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti