...

Türkiyənin “Başakşehir” klubu nigeriyalı futbolçu ilə yollarını ayırıb

İdman Materials 7 Yanvar 2023 04:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin “Başakşehir” klubu futbolçusu Azubuike Okeçukvu ilə yollarını ayırıb.

Trend-in məlumatına görə, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi beş yaşlı yarımmüdafiəçi Birinci Liqa təmsilçisi “Çaykur Rizespor”a transfer olunub.

Nigeriyalı futbolçu 2019-cu ildən “Başakşehir”də oynayırdı.

Qeyd edək ki, “Başakşehir” hazırda turnir cədvəlində 31 xalla üçüncü, “Çaykur Rizespor” isə 30 xalla yeddincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti