Bakı. Trend:
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin "Əl-Hilal" klubu ilə danışıqlar aparır.
Trend xəbər verir ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə 330 milyon avro maaşla olan müqavilə ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.