...

"Mançester Yunayted" klubunu almaq üçün ilk namizəd məlum olub

İdman Materials 18 Yanvar 2023 03:21 (UTC +04:00)
"Mançester Yunayted" klubunu almaq üçün ilk namizəd məlum olub

Bakı. Trend:

“İneos” kimya şirkətinin rəhbəri, britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted” futbol klubunu almağa hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə "The Times" nəşri xəbər verib.

Məlumata əsasən, namizədlər arasında hərrac fevral ayında başlamalıdır. Nəticədə, “Mançester Yunayted” mövsümün sonuna qədər yeni sahibliyə keçə bilər.

C.Retkliff artıq Fransanın "Nitsa" futbol klubunun sahibidir. "Forbes" jurnalı onun sərvətini 15,5 milyard dollar dəyərində qiymətləndirir.

Bir il əvvəl məlum olub ki, “Mançester Yunayted”in sahibi olan amerikalı sahibkarlar Qleyzer ailəsi klubu satmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti