...

Zaqatala gimnastları Bakı şəhərinə təlim-məşq toplanışlarına gəliblər (FOTO)

İdman Materials 7 Fevral 2023 16:27 (UTC +04:00)
Zaqatala gimnastları Bakı şəhərinə təlim-məşq toplanışlarına gəliblər (FOTO)

Trend-i buradan izləyin

Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində Milli Gimnastika Arenasında Zaqatala "Ocaq Sport" klubunun bədii gimnastika seksiyasının yetirmələri olan gənc gimnastların təlim-məşq toplanışı keçirilir.

Trend xəbər verir ki, Zaqatala "Ocaq Sport" klubunun bədii gimnastika üzrə məşqçisi Safura Qurbanovanın media nümayəndələrinə bildirdiyinə görə, təlim-məşq toplanışlarında 7-11 yaş arası yeddi gənc gimnast iştirak edir.

"Hazırda Zaqatalada yerləşən "Ocaq Sport" klubunda bədii gimnastika üzrə məşqlərdə 60 gənc gimnast məşğul olur. Zaqataladan olan gənc idmançılar üçün bu toplanışlar böyük əhəmiyyət kəsb edir. Təlim-məşq toplanışlarının məqsədi gənc gimnastların idman səviyyəsinin yüksəldilməsindən və qarşıdakı yarışlara gücləndirilmiş hazırlıqdan ibarətdir. Yetirmələrimin builki turnirlərdə yüksək nəticələr göstərəcəklərinə ümid edirəm", - o deyib.

Qeyd edək ki, təcrübəli məşqçilərin rəhbərliyi altında gənc gimnastlar ümumi və xüsusi fiziki hazırlıq üzrə məşğələlərdə və predmetlərlə iş texnikası üzrə məşqlərdə iştirak edirlər. Bundan başqa, mütəxəssislər gimnastların proqramlarının təkmilləşdirilməsinə də diqqət ayırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti