...

"Çelsi" yeni baş məşqçi ilə danışıqlar aparır

İdman Materials 17 Aprel 2023 02:55 (UTC +04:00)
"Çelsi" yeni baş məşqçi ilə danışıqlar aparır

Bakı. Trend:

İngiltərənin "Çelsi" klubu Yulian Naqelsmann ilə onun baş məşqçi təyin edilməsi üçün danışıqlara başlayıb.

Trend xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, cümə axşamı klubun idman rəhbərliyinin nümayəndələri almaniyalı mütəxəssislə görüş keçirib. Naqelsmannın nümayəndələri mütəxəssisin hansı səlahiyyətlərə malik olacağını və təyinat alacağı təqdirdə onu nə qədər müddətə klubda görmək istəyəcəklərini öyrənmək istəyiblər.

Xatırladaq ki, daha əvvəl Y.Naqelsman "bavariya" klubunun baş məşqçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti