...

Çempionlar Liqası: "Mançester Siti" "Bavariya" ilə heç-heçə edərək yarımfinala yüksəlib

İdman Materials 20 Aprel 2023 01:12 (UTC +04:00)
Çempionlar Liqası: "Mançester Siti" "Bavariya" ilə heç-heçə edərək yarımfinala yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin son cavab qarşılaşmaları keçirilib.

Trend xəbər verir ki, Almaniyanın "Bavariya" klubu öz meydanında İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda qolları 57-ci dəqiqədə qonaqların hücumçusu Erlinq Holand, meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Coşua Kimmix vurublar.

İlk oyunda "Mançester Siti" 3:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti