...

Dünya çempionatında sabahkı çıxışımı səbirsizliklə gözləyirəm - Rumıniya idmançı

İdman Materials 22 Aprel 2023 00:32 (UTC +04:00)
Dünya çempionatında sabahkı çıxışımı səbirsizliklə gözləyirəm - Rumıniya idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda sabahkı çıxışımı səbirsizliklə gözləyirəm.

Bu barədə Trend-ə yarışın iştirakçısı, Rumıniya idmançısı Annalize Draqan deyib.

"Yarışın ilk günü yaxşı keçdi. Həyəcanlıyam və sabahkı çıxışı səbirsizliklə gözləyirəm. Bütün proqramlarım fərqlidir, daha çox hansı gimnastika aləti ilə hərəktləri icra etməyi daha istədiyimi seçə bilmirəm", - deyə o qeyd edib.

Bakıda yarışların təşkilindən danışan Rumıniyadan olan lütf Dünya Kubokunun yüksək səviyyədə keçirildiyini vurğulayıb.

"Burada hər şey xoşuma gəlir. Yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtım oldu, Milli Gimnastika Arenasında yaxşı məşq zalı, çoxlu xalçalar var, hər cür şərait yaradılıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti