Bakı. Trend:
“Sumqayıt” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
Trend kluba istinadla xəbər verir ki, komanda son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.
Otuz bir yaşlı qolkiperlə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş M.Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə "Zirə"nin heyətində 47 qarşılaşmada meydana çıxıb.