Bakı. Trend:
Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan Trend-ə verilən məlumata görə, məsul yarışda ölkəni Ramiz Həsənov (70 kiloqram), İbrahim Yusubov (90 kiloqram) və Oyan Nəzəriani (+90 kiloqram) təmsil edəcək.
Oktyabrın 14-də qrup mərhələsinin ilk iki turunun görüşləri keçiriləcək. Oktyabrın 15-də isə əvvəlcə qrup mərhələsinin son turunun qarşılaşmaları, daha sonra 1/4 final və yarımfinal görüşləri baş tutacaq. Günün sonunda isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.
Qeyd edək ki, yarış bitdikdən sonra seriyanın il ərzində baş tutan 5 mərhələsində toplanan xallar hesablanacaq və hər çəkidə ümumilikdə ən çox xal yığan güləşçi dünya çempionu olacaq.