...

“Azərreyl” 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək

İdman Materials 28 Oktyabr 2023 02:40 (UTC +04:00)
“Azərreyl” 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək

Bakı. Trend:

Çağırış kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.

Azərbaycan Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız İspaniyanın “Avarca de Monerca” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma noyabrın 9-da saat 19:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Azərreyl səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Ukraynanın SC BALTA komandasına hər iki qarşılaşmada qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti