...

"Ocaq" Beynəlxalq Kubokunda güclü rəqiblər var - Qızıl medal mükafatçısı

İdman Materials 10 Noyabr 2023 17:40 (UTC +04:00)
"Ocaq" Beynəlxalq Kubokunda güclü rəqiblər var - Qızıl medal mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"Ocaq" Kuboku iştirak etdiyim ilk beynəlxalq yarışlardır.

Bu barədə Trend-ə 2014-cü il təvəllüdlü idmançılar (A qrupu) arasında lentlə hərəkətlər üzrə birinci yer tutmuş gənc azərbaycanlı gimnast Mədinə Bağırova deyib.

"Milli Gimnastika Arenasında təşkil olunmuş yarışlarda ilk dəfədir ki, iştirak edirəm. Burada çıxış etmək böyük fəxrdir. Turnirdə proqramı təqdim etməyimdən razı qaldım, yarışlar çox yaxşı keçdi. Şadam ki, nəticələrimlə məşqçini sevindirə bildim", - İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi deyib.

İdmançının sözlərinə görə, "Ocaq" Beynəlxalq Kubokunda rəqabət çox güclüdür.

"Yarışlarda dünyanın müxtəlif ölkələrindən gimnastlar iştirak edir. Hər bir iştirakçı medal qazanmağa çalışır və bu səbəbdən fəxri kürsüyə qalxmaq üçün çox və səylə məşq etmək lazımdır", - deyə gənc gimnast əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir. Bütünlükdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda dünyanın 14 ölkəsindən müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti