...

"Ocaq" Beynəlxalq Kubokunun təəssüratları çox gözəldir – Gürcüstanlı gimnast

İdman Materials 10 Noyabr 2023 18:37 (UTC +04:00)
"Ocaq" Beynəlxalq Kubokunun təəssüratları çox gözəldir – Gürcüstanlı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Keçən il Bakıda təlim-məşq toplanışında idim, Azərbaycan gimnastları ilə tanış oldum, onlar çalışqandırlar və məşqlərə çox diqqət yetirirlər.

Bu barədə Trend-ə “Ocaq” 2-ci Beynəlxalq Kubokunun iştirakçısı, Gürcüstandan olan gənc gimnast Elene Tsulukidze deyib.

"Bakıda təlim-məşq toplanışında Azərbaycan gimnastları ilə dost oldum, onlar məşq etməyimizə və idman bacarıqlarımızı artırmağımıza kömək ediblər. Bu gün mən yenidən Bakıda olmağıma şadam, buna gözəl səbəb də var - beynəlxalq yarışlar", - deyə "gənclər" yaş kateqoriyasında yarışan idmançını qeyd edib.

İdmançı Milli Gimnastika Arenasında gimnastların hazırlanması üçün gözəl şərait yaradıldığını vurğulayıb:

""Ocaq" Beynəlxalq Kubokundan təəssürat çox gözəldir. Komandamız yaxşı fiziki formadadır. Yarışlarda dörd proqramı təmsil edirəm. Gürz və lentlə hərəkətlər proqramı menim üçün yenidir və ümid edirəm ki, onları səhvsiz tamamlayacağam".

Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir. Bütünlükdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda dünyanın 14 ölkəsindən müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar iştirak edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti