Bakı. Trend:
Bakıda yerləşən Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun bədii gimnastika üzrə "B" kateqoriyalı açıq birinciliyinin yarışlarına start verilib.
Trend xəbər verir ki, yarışlarda ölkənin 24 klubundan 206 gimnast iştirak edir.
Yarışlarda "Ocaq Sport" klubunun paytaxt bölməsinin təmsilçiləri ilə yanaşı, klubun Ağdaş bölməsinin, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, Su İdmanı Sarayının, "Grasiya" idman klubunun, "Zirə" Mədəniyyət Mərkəzinin, Gəncə Olimpiya İdman Kompleksinin, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, "Qədiroğlu" idman klubunun, "Talaçay" kompleksinin (Zaqatala), Oğuz, Qəbələ, Qax, Qusar, Göyçay, Gəncə, Şağan, Şəmkir, Şirvan, Sumqayıt və Abşeron Olimpiya İdman Komplekslərinin təmsilçiləri iştirak edirlər.
"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyi 14-15 noyabr tarixlərində keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)