...

Bu gün 1/8 finalın son iki iştirakçısı bəlli olacaq - Çempionlar Liqası

İdman Materials 13 Dekabr 2023 11:23 (UTC +04:00)
Bu gün 1/8 finalın son iki iştirakçısı bəlli olacaq - Çempionlar Liqası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Trend xəbər verir ki, dörd qrupda keçiriləcək səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olacaq.

Həmçinin, mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək.

E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq.

F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edir. Bunlar Fransanın PSJ, İngiltərənin “Nyukasl” və İtaliyanın “Milan” kollektivləridir.

G qrupunda bütün suallara aydınlıq gəlib.

H qrupunda isə Portuqaliya “Portu”su ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

E qrupu

00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya)

00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland)

Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1.

F qrupu

00:00. “Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)

00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)

Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5.

G qrupu

21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)

21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)

Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.

H qrupu

00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)

00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)

Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0.

Qeyd edək ki, indiyədək “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter” və “Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala yüksəliblər.

Xəbər lenti

Xəbər lenti