...

“Qarabağ” gələcəkdə bizi çox sevindirəcək - Deputat

İdman Materials 16 Fevral 2024 15:48 (UTC +04:00)
“Qarabağ” gələcəkdə bizi çox sevindirəcək - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Rauf Əliyev “Qarabağ” futbol klubunu Portuqaliya komandasına qalib gəlməsi münasibətilə təbrik edib.

Deputat Trend-ə açıqlamasında deyib ki, dünən çox böyük hadisə baş verdi, "Qarabağ" futbol klubu Portuqaliyada "Braqa" komandasına 4:2 hesabı ilə qalib gəldi.

“Bu, bir daha onu göstərdi ki, komanda çox hazırlıqlıdır. Oyundan əvvəl müxtəlif söhbətlər gedirdi ki, necə olacaq? Çünki "Braqa" güclü komandadır. Ancaq inam belə idi ki, "Qarabağ" heç də "Braqa"dan zəif deyil, əgər yaxşı oynasalar, qalib gələcəklər. belə də oldu, "Qarabağ" klubu çox yaxşı oyun göstərdi və qalib gəldi. Ona görə də klubun rəhbərliyini, məşqçilərini, futbolçularını ürəkdən təbrik edirəm.

Bilirsiniz, “Qarabağ” tək bir futbol klubu deyil, bu, həm də bir siyasi məsələdir. “Qarabağ” oynayanda həm bizi istəyənlər baxır, həm istəməyənlər baxır. Ona görə də “Qarabağ”ın Portuqaliya komandasına qalib gəlməsi çox böyük məsələdir.

İnanıram ki, Bakıda da eyni oyun göstərərək, "Braqa" komandasına qalib gəlib növbəti yeni mərhələyə keçəcək. Prezident İlham Əliyev idmana böyük diqqət və qayğı göstərir. Bu qayğı öz nəticələrini verir. Bu oyunlar gənc futbolçular üçün vacibdir, bir təbliğatdır. Ona görə çox şadam və inanıram ki, “Qarabağ” gələcəkdə bizi çox sevindirəcək. Komandaya uğurlar arzu edirəm”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti