...

Konfrans Liqasında pley-off-un son görüşləri keçiriləcək

İdman Materials 22 Fevral 2024 13:35 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin 7 matçı keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu qarşılaşmalarla cavab oyunlarına yekun vurulacaq.

1/8 finala vəsiqələrin sahibləri müəyyənləşəcək. Pley-offu adlayan komandalar qrup qalibləri ilə görüşəcək.

Qeyd edək ki, cavab oyunları bir gün əvvəl keçirilən “Gent” – “Makkabi” (Hayfa) matçı ilə start götürüb və israillilər mərhələ adlayıblar.

Konfrans Liqası
Pley-off, cavab oyunları

22 fevral

21:45. “Lüdoqorets” – “Servett”
İlk oyun – 0:0
21:45. “Dinamo” (Zaqreb) – “Betis”
İlk oyun – 1:0
21:45. “Bodo Qlimt” – “Ayaks”
İlk oyun – 2:2
00:00. “Slovan” – “Şturm”
İlk oyun – 1:4
00:00. “Ayntraxt” – “Sent-Jiloaz”
İlk oyun – 2:2
00:00. “Ferensvaroş” – “Olimpiakos”
İlk oyun – 0:1
00:00. “Legiya” – “Molde”
İlk oyun – 2:3

Xəbər lenti

Xəbər lenti