...

Yorğunluq özünü göstərirdi, istərdim ki, qol olsun - Bəhlul Mustafazadə

İdman Materials 15 Mart 2024 16:34 (UTC +04:00)

Bakı. Trend:

Əlbəttə ki, çox məyusuq. 1/4 finala çox yaxınlaşmışdıq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə Almaniyadakı cavab oyunundan qayıdan Azərbaycan çempionunun müdafiəçisi görüş barədə fikirlərini açıqlayıb:

“Bəlkə də, oyundan əvvəl belə ssenari olacağını, mərhələ adlamağa belə yaxın olacağımızı heç kim düşünməzdi. Bunun təəssüfünü yaşayırıq. Digər tərəfdən, özümüzlə fəxr edirik ki, bu cür rəqibə qarşı belə oyun göstərdik və son dəqiqələrdə tur adlamaq şansını qaçırdıq”.

Bəhlul Mustafazadə son uzatma dəqiqələrində əlverişli qol epizodundan yararlana bilməməyinə də münasibət bildirib:

“Ola bilər ki, son dəqiqə idi, yorğunluq özünü göstərirdi. İstərdim ki, qol olsun. Bu top da qələbə gətirməyəkdi, daha 30 dəqiqə oynamalı olacaqdıq”.

B.Mustafazadə görüşün artırılan dəqiqələrdən çox sürməsi və qırmızı vərəqə barədə fikirlərini də bildirib:

“Qələbə barədə düşünürdük. Bakıda da onlara qarşı yaxşı oynamışdıq. Həmin görüşün verdiyi motivasiya ilə yanaşırdıq. Oyunun gedişində də buna çox yaxın idik.

Bir dəqiqə artıq oynatması barədə heç nə deyə bilmərəm. Məncə Elvinin epizodu qırmızı deyildi. Çünki mən də həmin epizodda iştirak edirdim".

Qeyd edək ki, Leverkuzendəki “BayArena”da təşkil olunan matçda 2:3 hesabı ilə uduzan “Qarabağ” avrokubok mövsümünü başa vurub.

Xəbər lenti

Xəbər lenti