...

İspaniyalı tennisçi karyerasının son ili olduğunu açıqlayıb

İdman Materials 15 Aprel 2024 21:00 (UTC +04:00)
İspaniyalı tennisçi karyerasının son ili olduğunu açıqlayıb

Bakı. Trend:

İspaniyalı tennisçi Rafael Nadal bu gün start götürən Barselona turnirində iştirak edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, bu barədə keçirilən mətbuat konfransında deyib.

Zədə üzündən son turnirlərdə iştirak etməyən Nadal karyerasının son ilində tennisdən zövq almaq istədiyini bildirib: “Son anda qəbul olunmuş qərardan imtina etmişəm. Buraya gələrkən, oynayıb-oynamayacağımı bilmirdim. Sabah korta çıxacağam. Barselonada oynamaq mənim üçün hədiyyədir. Bunu karyeramın son ili kimi qəbul edirəm və hər anından zövq almaq istəyindəyəm”.

Qeyd edək ki, Rafael turnirin ilk mərhələsində Flavio Kobolli (İtaliya) ilə qarşılaşacaq. Oyun sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti