...

“Bayer”lə “Liverpul” səfər sınağında

İdman Materials 18 Aprel 2024 11:52 (UTC +04:00)
“Bayer”lə “Liverpul” səfər sınağında

Bakı. Trend:

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində 4 qarşılaşma keçiriləcək.

İngiltərə klubları meydana revanş üçün çıxacaqlar. “Liverpul” “Atalanta”nın qonağı olacaq, “Vest Hem” “Bayer”i sınağa çəkəcək.

İtaliyada “Roma” “Milan”la görüşəcək. “Benfika” Marsel səfərində üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, yarımfinal oyunları mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Roma” – “Milan”

İlk oyun – 1:0

23:00. “Atalanta” – “Liverpul”
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer”
İlk oyun – 0:2

23:00. “Marsel” – “Benfika”
İlk oyun – 1:2

Xəbər lenti

Xəbər lenti