Bakı. Trend:
Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən yarışlarda dörd medal qazanıblar.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Akrobatika gimnastikası üzrə Dünya Kubokunda qarışıq cütlükdə çıxış edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli qızıl medal qazanıblar. Gümüş medalı kişi cütlüyündə çıxış edən Murad Rəfiyev və Daniel Abbasov, eləcə də Riad Səfərov, Abdullah Əl-Məşayhi, Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu qazanıb.
Həmçinin Burqas şəhərində keçirilən akrobatika gimnastikası üzrə "Acro Cup" beynəlxalq turnirində Zəhra Rəşidova, Anahita Bəşiri və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu qızıl medal qazanıb.
Qeyd edək ki, akrobatika gimnastikası üzrə "Acro Cup" beynəlxalq turniri mayın 10-12-də Burqas şəhərində keçirilib.