...

İtaliyali məşqçi Klaudio Ranyeri futbolla vidalaşır

İdman Materials 22 May 2024 04:12 (UTC +04:00)
İtaliyali məşqçi Klaudio Ranyeri futbolla vidalaşır

Bakı. Trend:

İtaliyanın "Kalyari" futbol klubu mövsümün sonunda Klaudio Ranyeri ilə yollarını ayıracağını açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis isə karyerasını bitirəcəyini bildirib.

Klubun açıqlamasında Ranyeriyə təşəkkür edilib: "Kalyari" həmişə sənin evin olacaq. Daima sənə təşəkkürük, Mister". Təcrübəli məşqçi 1988-1991-ci illər və 2023-cü il yanvarın 1-də 2024-cü il mayın sonunadək "Kalyari"yə başçılıq edib.

Qeyd edək ki, komanda Ranyerinin rəhbərliyi ilə ötən mövsümdə B Seriyasında A Seriyasına yüksəlib. Hazırki mövsümdə "Kalyari" 36 xalla 16-ci pillədə qərarlaşıb. Sardiniya təmsilçisi son turda "Fiorentina" ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti