...

Azərbaycan gimnastları Avropa çempionatında bürünc medal qazanıblar

İdman Materials 22 May 2024 22:47 (UTC +04:00)
Azərbaycan gimnastları Avropa çempionatında bürünc medal qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

Trend xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyə qoşulublar.

Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı uğulu çıxış edərək, final mərhələsinə yüksəliblər. İlahə (29,850) topla çıxışında təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şəms (29,000) lentlə 4-cü, Gövhər (30,050) halqa ilə 6-cı olub. Fidan (28,500) gürzə çıxışını 7-ci pillədə başa vuraraq, final mərhələsinə vəsiqə qazanıb.

Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropa çempionatının bürünc medalını qazanıb. Rumıniya (125,100) qızıl, İsrail (123,750) gümüşə yiyələnib.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti