...

Gimnastlarımız Avropa çempionatının iki finalına yüksəlib

İdman Materials 26 May 2024 00:35 (UTC +04:00)
Gimnastlarımız Avropa çempionatının iki finalına yüksəlib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Budapeşt şəhərində baş tutan bədii gimnastika üzrə Avropa çempionatında qrup hərəkətləri üzrə Azərbaycan millisi Avropa çempionatının hər iki finalına yüksəlib.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Komandada Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova yer alıblar.

Komandamız 5 halqa, eləcə də 3 lent və 2 top proqramlarında finala yüksəlib.

Qeyd edək ki, mayın 22-26-da Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə Avropa çempionatı keçirilir.

Bundan əvvəl yarışda Azərbaycan milli komandasının üzvləri - "gənclər" yaş kateqoriyasında çıxış edən Gövhər İbrahimova, İlahə Bahadırova, Şəms Ağahüseynova və Fidan Qurbanlı komanda yarışında bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti