Bakı. Trend:
Qadın futbolçular arasında Çempionlar Liqasının 1-ci mərhələsinin qrup oyunlarının keçiriləcəyi şəhərlər bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi”nin mübarizə aparacağı Çempionlar yolunun 2-ci qrupunun matçları Gürcüstanda baş tutacaq.
4 komandanın mübarizəsinə Lançxuti şəhəri ev sahibliyi edəcək. “Neftçi” sentyabrın 4-də baş tutacaq yarımfinalda “Sankt Polten”lə (Avstriya) üz-üzə gələcək. Digər matçda yerli “Lançxuti” “Vlajniya” (Albaniya) ilə üz-üzə gələcək. Ayın 7-də final və 3-cü yer uğrunda qarşılaşma təşkil olunacaq.
Qeyd edək ki, yalnız qrup qalibi 2-ci mərhələyə yüksələcək.