...

Şmeyxel seçimini edib

İdman Materials 13 İyul 2024 13:44 (UTC +04:00)

Bakı. Trend:

Kasper Şmeyxelin yeni klubu bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, danimarkalı qapıçı karyerasını Şotlandiyada davam etdirəcək.

O, “Seltik”in formasını geyinəcək. Kasper 1+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, qolkiper Qlazqo təmsilçisinə azad agent kimi keçəcək.

Xəbər lenti

Xəbər lenti