...

Rüdiger ən çox qazanan müdafiəçi ola bilər

İdman Materials 14 İyul 2024 02:14 (UTC +04:00)

Bakı. Trend:

Antonio Rüdiger dünyanın ən çox qazanan müdafiəçisi ola bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Real”ın futbolçusu Səudiyyə Ərəbistanından təklif alıb.

31 yaşlı müdafiəçi ilə “Əl-Nəsr” və “Əl-Hilal” maraqlanır. Hətta Rüdigerin ilk danışıqlar apardığı xəbərləri yayılıb. Madrid klubunun almaniyalı futbolçu ilə ayrılmaq niyyətində olmadığı bildirilib. O, baş məşqçi Karlo Ançelottinin gələcək planlarına daxildir.

Qeyd edək ki, Antonionun “Real”la 2026-cı ilin yayına kimi müqaviləsi var.

Xəbər lenti

Xəbər lenti