Bakı. Trend:
Fransanın "Bordo" klubu peşəkar statusunu itirib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, klub bu barədə ölkə futbol federasiyasını məlumatlandırıb.
Əsası 1881-ci ildə qoyulan 1937-ci ildən peşəkar fəaliyyətə başlayan "Bordo" 6 dəfə Fransa çempionu olub. Klub rəhbərliyi futbolçuların və işçilərin məvacibini ödəmək iqtidarında olmadığını bildirib. Ötən mövsümün yekunlarına görə 25 milyon avro borc qalığı yaranıb. İyunun 30-na olan rəsmi rəqəmlərə görə, "Bordo" 40 milyon ziyana düşüb.
Komanda bütün futbolçularla müqavilələrə xitam verməklə yanaşı məşq bazasının da fəaliyyətini dayandırıb.
Qeyd edək ki, "Bordo" məhkəməyə müraciətində borcların 90 milyon avro həddində dondurulmasını xahiş edib.