Paris. Trend:
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında halqalarla çıxış edib.
Trend xəbər verir ki, hakimlərdən 33,850 xal alan Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv bu göstərici ilə 14 yığma arasında 8-ci pillədə qərarlaşıb.
Hazırda İtaliya seçməsi 38,200 xalla siyahıya başçılıq edir. Komandalar daha sonra 3 lent və 2 topla da qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, iki hərəkətin cəminə görə ən çox xal toplayan 8 kollektiv final mərhələsinə vəsiqə qazanacaq.