...

Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəm - Mariya Stadnik

İdman Materials 10 Avqust 2024 16:51 (UTC +04:00)
Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəm - Mariya Stadnik

Bakı. Trend:

Sevinirəm ki, 5-ci dəfə Olimpiya Oyunlarında iştirak etdim.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin güləşçisi Mariya Stadnik (50 kq) deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finalda Otqonjarqal Dolqorjava (Monqolustan) məğlub olan Stadnik bildirib ki, karyerasını davam etdirməyə hələ gücü var: “İstirahətə ehtiyacım var. Bütün gücümü, enerjimi, vaxtımı Olimpiya Oyunlarına hazırlığ üçün sərf etmişdim. Təəssüf ki, medal qazana bilmədim. Amma indi sakitəm. Çünki bilirəm ki, qalib olmaq üçün hər şansdan istifadə etdim. Ümid edirəm ki, gənc idmançılarımızı motivasiya edə bilərəm. Onlar tövsiyyəm budur ki, məğlubiyyətlərə və yaşa baxmayaraq sona qədər getməli və işlərini sevməlidirlər. Karyeramı davam etdirməyə hələ gücüm var. Amma istirahət etdikdən sonra bu yolda davam edib-etməməyimə qərar verəcəm”.

Qeyd edək ki, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti