Bakı. Trend:
Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Zirə”–“Araz-Naxçıvan” və “Şamaxı” – “Qarabağ” oyunlarının keçiriləcəyi tarix müəyyənləşib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Bildirilib ki, “Zirə” – “Araz-Naxçıvan” matçı noyabrın 6-da, “Şamaxı” – “Qarabağ” qarşılaşması isə dekabrın 19-da baş tutacaq.
Qeyd edək ki, qarşılaşmaların məkanı və başlama saatı ilə bağlı əlavə məlumatlar veriləcək.