...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan Vyetnama qalib gəlib, Litvaya uduzub

İdman Materials 16 Sentyabr 2024 23:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşıb.

Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.

Teymur Rəcəbovun kapitanı olduğu komanda bu dəfə Litva ilə qarşılaşıb. Yığmamız gözlənilmədən uduzub.

Qadınlardan ibarət yığma isə Vyetnamla üz-üzə gəlib. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.

Kapitanı Mixail Şereşevski olduğu yığma turu qələbə ilə başa vurub. Komandamız 2 lövhədə üstün olub.

Xəbər lenti

Xəbər lenti