Bakı. Trend:
Gəncə təmsilçisi "Kəpəz" 24 yaşlı hücumçu Lassana Ndiaye ilə yollarını ayırıb.
Trend-in məlumatına görə, klubun mətbuat xidməti bunun qarşılıqlı razılıq əsasında həyata keçirildiyini bildirib.
Klub, malili futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.