...

Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşib

İdman Materials 18 Mart 2025 21:00 (UTC +04:00)
Azərbaycanda ayın ən yaxşı qolları müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər.

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), 1-ci Liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev ("Qusar") birinci olub.

Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti