Bakı. Trend:
Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mozambiklə üz-üzə gəlib.
Trend xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzianın da üzvü olduğu Əlcəzair "Zirə"nin forvardı Rikardo Gimarayeşin çıxış etdiyi Mozambiki 5:1 hesabı ilə darmadağın edib.
Benzia bu matçda meydana çıxmayıb. O, ehtiyatda qalıb. Rikardo isə ilk dəqiqələrdən sonadək oynayıb.
Hazırda G qrupunda Əlcəzair 15 xalla liderdir. Mozambik isə 12 xalla 2-cidir.
Əlcəzair - Mozambik - 5:1
Qollar: Amoura, 8, 31, 80, Mandi, 24, Hadyam, 65 - Katamo, 40