Bakı. Trend:
"Şamaxı" qapıçı Rikardo Fernandeslə yeni iki illik müqavilə imzalayıb.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı qolkiper cari mövsümdə Premyer Liqada keçirdiyi 28 oyunun hamısında iştirak edib və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, mövsümün əvvəlində komandaya qoşulub.