...

London klubları səfərdə qələbə qazanıblar - İngiltərə Premyer Liqası

İdman Materials 20 Aprel 2025 20:37 (UTC +04:00)
London klubları səfərdə qələbə qazanıblar - İngiltərə Premyer Liqası

Bakı. Trend:

İngiltərə Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, "Mançester Yunayted" doğma meydanda "Vulverhempton"a 0:1 hesabı ilə məğlub olub.

"Çelsi" "Fulhem"ə (2:1), "Arsenal" isə "İpsviç"ə səfərdə (4:0) qalib gəlib.

"Arsenal" hazırda 66 xalla 2-ci, "Çelsi" 57 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 14-cü yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti