...

“Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib

İdman Materials 5 Avqust 2025 13:44 (UTC +04:00)
“Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

UEFA Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” yeni transfer edib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu braziliyalı futzalçı Aleksanderson Teyşeyra Barbosanı transfer edib.

Razılaşmaya əsasən, oyunçu ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti