Bakı.Trend:
“Bayer” “Mançester Siti”nin futbolçusu Klaudio Eçeverrinin transfer hüququna sahib çıxmaq istəyir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 19 yaşlı argentinalı üçün “Mançester Siti” ilə danışıqlara başlayıb.
Almanlar mövsümün əvvəlində icarəyə götürdüyü futbolçu ilə bağlı başqa planları var deyə, onun Mançesterə geri qayıtmasını istəmir.
Argentina millisinin üzvü “River Pleyt”in yetirməsidir, 2024-cü ildə “Mançester Siti”yə keçib.