...

"Çelsi" səfərdə "Fulhem"ə məğlub olub - İngiltərə Premyer Liqası

İdman Materials 8 Yanvar 2026 01:50 (UTC +04:00)
"Çelsi" səfərdə "Fulhem"ə məğlub olub - İngiltərə Premyer Liqası

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 21-ci turunda "Çelsi" komandası səfərdə "Fulhem"ə 2-1 hesabı ilə məğlub olub.

Trend-in məlumatına görə, qalib komandanın heyətində qolları Raul Ximenes (55-ci dəqiqə) və Harri Uilson (81), məğlub komadadan isə Liam Delap (71) fərqıənib. 22-ci dəqiqədən etibarən müdafiəçi Mark Kukurelyanın meydandan qovulması səbəbindən "Çelsi" on nəfərlə oynayıb.

Qeyd edək ki, "Çelsi" Liam Roseniorun rəhbərliyi altında ilk oyunu keçirib. İngilis məşqçi 6 yanvarda baş məşqçi təyin olunub və 2032-ci ilə qədər müqavilə imzalayıb. O, bu vəzifədə italiyalı Enzo Mareskanı əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti