...

Saxo Bank dolların qısa və orta müddətə pozitiv proqnozunu dəstəkləyir

İqtisadiyyat Materials 3 Oktyabr 2016 12:08 (UTC +04:00)
Bu ilin dördüncü rübü olduqca aşağı volatillik, faiz dərəcəsi, inflyasiya və inkişafla birgə yüksək narahatlıq və sosial bərabərsizlik ilə başlayır.
Saxo Bank dolların qısa və orta müddətə pozitiv proqnozunu dəstəkləyir

Bakı. Trend:

Bu ilin dördüncü rübü olduqca aşağı volatillik, faiz dərəcəsi, inflyasiya və inkişafla birgə yüksək narahatlıq və sosial bərabərsizlik ilə başlayır. Bu barədə “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Onun sözlərinə görə, IV rüb getdikcə gərginləşən və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqəlidir. Həmçinin ilin bu vaxtında risk etməyə maraq azalır və ölkə hökumətləri ənənəvi olaraq büdcə xərcləri ilə bağlı sualları cavabsız qoymağa çalışır.

“Mən həmişə əmin idim ki, dünya ABŞ dolları ilə mübarizə apara bilməyəcək, lakin buna baxmayaraq “Saxo Bank” ötən bir neçə ayda qeyri-hökümət təşkilatlarının “kapital dəyəri”nin artmasını və dollarla maliyyələşmənin getdikcə azalmasını müşahidə edib. Bununla əlaqədar olaraq biz dolların qısa və ortamüddətli perspektivləri üçün pozitiv proqnoz qururuq, EUR/USD 1.00, USD/JPY isə 100.00 civarında sabitləşməsini istisna etmirik. Bundan başqa, uzunmüddətli proqnozlarımıza baxmayaraq biz qızıl və gümüş realizə edirik”, - deyə S.Yakobsen bildirib.

İl sonunda dolların yüksəlməsinə olan inamın digər səbəbi də kredit bazarları ilə əlaqədardır. Ənənəvi olaraq kredit stressini təsvir edən TED spredi banklararası bazarda pulun dəyərini müəyyənləşdirən LIBOR dərəcəsi kimi il ərzində 40 bazis bəndi yüksəlib.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcəsini bu il hələ artırmağa hazırlaşır, bazar isə dövlət müdaxiləsi olmadan sərbəst şəkildə ticarətdə istifadə olunan kiçik məbləğlər üçün faiz dərəcəsini bir deyil, iki dəfə artırdı. ABŞ-da seçkilərdən sonra FES 60% böyük ehtimalla dekabr görüşündə faiz dərəcəsini 25 bazis bəndi artıracaq.

S.Yakobsenin fikrincə, FES faiz dərəcəsini qaldırmaq niyətindədir, lakin onun Avropa, Böyük Britaniya və Yaponiyadan olan tərəfdaşları imkanlarının son həddinə çatıb, bu isə o deməkdir ki, bazara olan dəstək azalıb və yaxud “Put” zəifləyir. Son zamanlar siyasətçilər də bilavasitə olaraq etiraf edirlər ki, kəmiyyətin və QQE-nin sadələşdirilməsi nəinki işə yaramır, həmçinin mənzil sektoru və bazarlarda köpüklərin yaranmasına gətirib çıxarır. Nəhayət, onlar başa düşürlər ki, başqa bir yolu sınaqdan keçirmək gərəkdir: “Bəs bu başqa yol nədir? Sözügedən yeni yol əslində köhnədir – səhv başa düşməyin, çünki dünya özünü xilas etmək üçün yenidən fiskal ekspansiya barədə xəyal edir. Bu, 2009-cu ildə istifadə olunmuş xilas yolu idi, ancaq bir şeydən xəbərdar olmalıyıq: büdcə kəsirləri siyasətçilərin nəzarəti altındadır və bir çox dövlətlər, xüsusən də böyük Qərb iqtisadiyyatları xərclərə gəldikdə çox qənaətcil olurlar. ABŞ, Fransa, Almaniyada seçki dövrüdür. Ənənəvi olaraq, seçki vaxtı və seçkidən sonrakı 100 gün ərzində heç bir qərar alınmır, ona görə 2016-cı ilin sonunadək daha çox maliyyə dəstəyi alacağımız və infrastruktura daha çox investisiya yatırmalı olduğumuz haqda söhbətlər olacaq. Lakin siyasi təqvim baş verəcəkləri gələn ilin bu vaxtınadək təxirə salmağa davam edəcək”.

“Elə təəssürat yaranır ki, inkişaf baxımından artıq 2017-ci ilə də ümid etmək olmaz, lakin fikrimcə, bu dəfə stress, gurultulu fon və bəzi yenilənmələr əhəmiyyətli dərəcədə hiss olunacaq və mənim illərlə çağırdığım dəyişiklik prosesi işə salacaq.

Yakobsen siyasi hüquq prinsipləri əsrlər boyu həm idarə edənin, həm də xalqın mənfəət əldə edəcəyi üzərində qurulmasını unutmamağı məsləhət görür: “Düşünürəm ki, dördüncü rübdə siyasi proses dəyişikliklərinin ilk əlamətləri müşahidə olunacaq, bu isə öz növbəsində bazarlarda volatillyi artıracaq. İlk olaraq investorlar səhmlərin portfeldə bir biri ilə nə qədər əlaqəli olduğundan dəhşətə gələcəklər və anlayacaqlar ki, istiqraz və qızıl bazarlarında fırtınanın qurtarmasını gözləmək mümkün olmayacaq. Bu günə olan son xəbərdarlıq: hazırda aktivlər arasında korrelyasiya 70%-ə yaxınlaşır, bu isə o deməkdir ki, aktivlər bir istiqamətə doğru hərəkət edir və hecinq üçün imkan qalmayıb. Başqa sözlə, bu uzun 8 il ərzində biz tam dövr etdik və bir addım belə irəliləyiş etmədik. Təkəri fırlatmaqdan yorğunluq maksimum həddə çatıb və heç kim onu yenidən işə salmaq istəmir”.

“Saxo Bank”ın baş iqtisadçısı onu da bildirib ki, tarix boyu bütün makroiqtisadi dəyişikliklər siyasi səhvlərlə əlaqədardır. Trampın prezident seçilməsi böyük səhv ola bilər, lakin bu, hazırda ona ehtiyacı olan dağıdıcı prosesi işə salacaq: “Kələ-kötür yolun başlanğıcında olduğumuz üçün qoruyucu kaskaları geyinməyi məsləhət görürük. Digər tərəfdən isə bu yolu qət etdikdə hazırda bazarın qurulduğu yalan vədlərdən azad olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti