İxtisaslaşmış işçi qüvvəsinə tələbatın təhlili və monitorinqinin nəticələri açıqlanıb (FOTO)

İxtisaslaşmış işçi qüvvəsinə tələbatın təhlili və monitorinqinin nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” çərçivəsində Avropa Təlim Fondunun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Branko tərəfindən Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan ümumi tərəqqi proseslərinin insan kapitalının inkişafına, o cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin güclənməsinə də şərait yaratdığını vurğulayıb.

Nazir bildirib ki, əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımın, istehsal və xidmətlərin rəqabət qabiliyyətinin təmin olunmasında işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi mühüm iqtisadi prinsip kimi çıxış edir: “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də strateji hədəflərdən biri kimi insan kapitalının inkişaf etdirilməsi müəyyən olunub. Bu məqsədə yönələn tədbirlər sırasında işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirləri yer alır”.

Nazir işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsi yönündə aparılan işlərdən bəhs edib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında təkmilləşdirilmiş 350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Onların əksəriyyəti qeyri-neft sektorunu əhatə edib. Eyni zamanda, nazirlik tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, təkcə 2016-cı ildə 3 702 nəfər şəxs, o cümlədən məşğulluq orqanlarının xətti ilə 3 352 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 350 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. İxtisas artımı ilə əlaqədar bu kurslara cəlb olunanların sayı da artır, məsələn, ixtisas artırılması ilə əlaqədar məşğulluq orqanlarının əlavə təhsil kurslarına cəlb edilənlərin sayı 2016-cı ildə əvvəlki illə müqayisədə təqribən 85 faiz çox olub”.

S.Müslümov nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi işlərinin də aparıldığını, hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyini, Gəncə şəhərində də belə bir mərkəzin istifadəyə veriləcəyini diqqətə çatdırıb: “Hazırda ölkə iqtisadiyyatının inkişaf meylləri əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələbin hansı isitiqamətdə dəyişdiyini müəyyən etməyə imkan verir. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir texnologiyaların, İKT-nin tətbiqi proseslərinin genişlənməsi və s. əmək bazarında həmin sahələr üzrə ixtisaslaşmış işçi qüvvəsinə tələbin artmasına səbəb olur. O cümlədən, bu gün ənənəvi kənd təsərrüfatı sahələrində müşahidə olunan inkişaf bu sahələr üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasını da əsas vəzifələrdən biri kimi müəyyən edir. Bu bir faktdır ki, bu gün müxtəlif ixtisaslar üzrə təhsil alanlar arasında ənənəvi kənd təsərrüfatı sahələri üzrə ixtisaslara yiyələnənlərin sayının daha çox olması tələb edilir”.

Nazir bildirib ki, ümumilikdə əmək bazarında işçi qüvvəsinə tələblə təklif arasında uyğunluğun təmin olunması üçün gənclər arasında peşə və ixtisaslara meylin düzgün formalaşdırılmasının xüsusi önəmi var: “Bizim aktiv məşğulluq tədbirlərimizin bir istiqaməti də məhz bu məsələ ilə bağlıdır. Misal üçün, ötən il məşğulluq orqanları vasitəsilə peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar çatdırılıb. Onlara əmək bazarındakı tələbə uyğun düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib”.

İxtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılmasının əmək bazarının tənzimlənməsində faydalı olduğunu diqqətə çatdıran S.Müslümov bu sahədə, ümumən peşə təlimi sisteminin inkişafında Avropa Təlim Fondu ilə əməkdaşlığın, Fondun institusional dəstəyinin əhəmiyyətini qeyd edib: “Fondun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Brankonun Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimatı da hesab edirəm ki, əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılması işlərində önəmlidir”.

Sonra Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat olub. Təqdimat əmək bazarında keyfiyyətli, ixtisaslaşmış işçi qüvvəsinə tələbi formalaşdıran amillər, bu tələbə uyğun ixtisaslaşmış kadr potensialının yaradılması, məsələnin həllinin institusional, texniki əsasları və s. ilə bağlı müzakirələrlə davam edib.

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Nazir Sahil Babayev vahid əlaqələndirmə mərkəzində olub, bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Rusiya Dövlət Teatr Sənəti İnstitutu YARAT-da prodüser laboratoriyası açıb (FOTO)
DGK sədri Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin icraçı direktoru ilə görüşüb (FOTO)
Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq - Nikol Paşinyan
Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib
Unibank 3-cü rübü də mənfəətlə başa vurub
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)
ABB sahibkarlar üçün təlim keçirdi
DİN avtomobillərin müxtəlif hissələrinə bayraq vurulmasına münasibət bildirib
Oktyabrın 26-na USD/AZN rəsmi məzənnəsi
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb (FOTO)
“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı (FOTO)
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi (FOTO)
Milli Məclisin müzakirə edəcəyi məsələlər məlum oldu
AccessBank-la əmanətini sərbəst idarə et!
Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb (FOTO)
2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi iştirakçıları mükafatlandırılıb (FOTO)
Press Revyu İnformasiya Monitorinq Agentliyi sığorta şirkəti ilə yaranmış problemə aydınlıq gətirdi
Abşeronda 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib (FOTO/VİDEO)
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlanıb
Azərbaycan Vatikanda səfirlik açır
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO/VİDEO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Bütün xəbərlər