...

Könüllü sığorta bazarı 14% artıb

İqtisadiyyat Materials 27 Fevral 2017 10:44 (UTC +04:00)
Könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37 milyon 974 min manat və ya 13,52% artaraq 2016-cı ildə 318 milyon 944 min manat təşkil edib.
Könüllü sığorta bazarı 14% artıb

Bakı. Trend:

Könüllü sığorta bazarı 2015-ci illə müqayisədə 37 milyon 974 min manat və ya 13,52% artaraq 2016-cı ildə 318 milyon 944 min manat təşkil edib. Könüllü sığorta növləri üzrə ödənişlər isə illik 43 milyon 623 min manat və ya 32,12% artaraq 179 milyon 435 min manata yüksəlib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Könüllü sığorta növləri üzrə yığımların 36,32%-i həyat, 63,68%-i qeyri-həyat sığortasının payına düşüb.

Könüllü həyat sığortası üzrə yığımlar illik 30 milyon 023 min manat və ya 34,98% artaraq 115 milyon 855 min manat, ödənişlər 40 milyon 870 min manat və ya 81,58% artaraq 90 milyon 970 min manat təşkil edib.

Könüllü qeyri-həyat sığortası üzrə yığımlar illik 7 milyon 951 min manat və ya 4,07% artaraq 203 milyon 089 min manat, ödənişlər 2 milyon 753 min manat və ya 3,21% artaraq 88 milyon 466 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti