"PSG Kapital": Evini və torpağını satıb SOCAR istiqrazı alanlar da var (MÜSAHİBƏ)

"PSG Kapital": Evini və torpağını satıb SOCAR istiqrazı alanlar da var (MÜSAHİBƏ)

Bakı. Trend:

SOCAR istiqrazlarının təkrar bazarda ticarəti, istiqrazların kimlər tərəfindən və hansı məqsədlə alındığı barədə suallara istiqrazların marketmeykeri olan "PSG Kapital" şirkətinin satış təmsilçisi Cəmilə Lələxanova cavab verir.

- Cəmilə xanım, faiz ödənişləri istiqrazların satışına və onlara göstərilən marağa necə təsir edib? Yəni, istiqrazların satışında nə dəyişiklik var?

- Bildiyiniz kimi, aprelin 17-də SOCAR İstiqrazları üzrə ikinci dəfə faizlər ödənildi. Faiz ödənişindən sonra qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına maraq və tələbat bir qədər də artıb.

- Satış rəqəmlərini açıqlaya bilərsiniz?

- Əlbəttə, faiz ödənişindən sonra, yəni aprelin 17-dən 8 may tarixinədək istiqazların satışı ilə bağlı 65 müqavilə bağlanıb və 4645 ədəd istiqraz satılıb.

- İstiqrazları əsasən kimlər alır, fiziki şəxslər, yoxsa şirkətlər?

- İstiqrazları ən çox fiziki şəxslər alırlar, amma hüquqi şəxslərin də bu kağızlara marağı yüksəkdir.

- Bəs, hansı bölgələrin vətəndaşları istiqrazlara daha çox maraq göstərirlər?

- Demək olar ki, Azərbaycanın bütün regionlarından müraciətlər var. Hətta bu yaxınlarda məcburi köçkünlər şəhərciyindən də bir investor yaxınlaşıb istiqraz alıb.

- İstiqraz alanlar dövlət işində işləyənlərdir, yoxsa sahibkarlar?

- İnvestorlar arasında həm fiziki şəxslər, həm sahibkarlar, həm də dövlət işində işləyənlər var, müraciətlər çoxdur.

- Adətən, iş adamları əllərində olan vəsaitlərlə biznes qururlar. Belə çıxır ki, onlar həmin vəsaitləri istiqrazlara da yatırırlar?

- Bəli, elə hallar da müşahidə edirik. İş adamları biznesə başlayana qədər, yəni işlərini qurub-qaydasına salana qədər əllərində olan vəsaitləri istiqrazlara yatırırlar. Bu kateqoriyadan olan biznesmenlər yüzlərlə istiqraz alıblar.

- Olubmu ki, adamlar evlərini, torpaqlarını, ya da maşınlarını satıb istiqraz alsınlar?

- Bəli, belələri də var. Elə investorlar olub ki, evlərini, torpaqlarını, hətta maşınlarını satıb, gəlib istiqraz alıblar. Məsələn, müştərilərimizdən biri evini satıb və həmin pulla 50 ədəd istiqraz alıb, digəri bir müştərimiz isə yenə evini sataraq, 102 ədəd istiqraz alıb. Bəzi müşərilərimiz isə banklardakı əmanətlərinin müddəti başa çatandan sonra həmin vəsaitlərlə istiqraz alıblar.

- Xarici vətəndaşlar da istiqraz alırlarmı?

- Bəli, Azərbaycanda yaşayanlardan başqa, xaricdəkilər də SOCAR istiqrazı alırlar. İstiqraz alanlar əvvəlki kimi Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə vətəndaşlarıdır. Bunlardan bəziləri həmin ölkələrdə yaşayan azərbaycanlılardır.

- Əhali SOCAR istiqrazlarını ən çox niyə alır – pulunu artırmaq, yoxsa pulunu etibarlı şəkildə saxlamaq üçün?

- Hər iki səbəb göstərilir. Alıcıların bir hissəsini pulunun təhlükəsiz saxlanması, digərini isə gəlir gətirməsi maraqlandırır. Çünki həm SOCAR-ın özü bir şirkət kimi çox etibarlıdır, həm də istiqrazların gəlirliliyi digər alətlərdən daha yüksəkdir. Bundan başqa, əsas səbəblərdən biri SOCAR istiqrazlarının yüksək dərəcədə likvid olmasıdır. Digər qiymətli kağızlarda likvidlik bu səviyyədə deyil.

- Yəni, istiqrazları lazım olanda dərhal pula çevirmək mümkün olur?

- Bəli, SOCAR istiqrazlarının marketmeykeri ilə bağlanmış müqaviləyə əsasən, əgər müştəri öz istiqrazını satmaq istəyirsə və təkrar bazarda onu alan olmasa, marketmeyker özü həmin istiqrazları alır. Yəni, müştəri istənilən halda istiqrazını həmin gün satıb, pula çevirə bilir. Müştəriləri də məhz bu cəhət cəlb edir. Amma indiyədək satılan istiqrazların, demək olar ki, hamısını digər investorlar alıblar. Yəni, istiqrazlarını satanlar da yüksək gəlir əldə edirlər.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların strukturu təkmilləşdirilib
Əyani tədris qismən bərpa olunur
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkat Günü “Əsas Məsələ”də müzakirə olunub (VİDEO)
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun top hərəkətləri üzrə finalçıları müəyyənləşdi
Azərbaycanlı gimnastları və məşqçiləri yaxşı tanıyıram - İtaliya gimnastı
Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
3 hakimin səlahiyyətlərinə xitam verilib
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI
Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan gimnastlarının Dünya Kubokunun birinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi hələ də gündəm olaraq qalır - Sevil Mikayılova
Dünya Kubokunun Təşkilat komitəsi öz işini qüsursuz yerinə yetirir - Macarıstan gimnastı
Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub (FOTO)
Şuşanın mədəniyyət paytaxtı statusunun rəsmiləşməsi şəhərin hərtərəfli inkişafını təmin edəcək - Könül Nurullayeva
Bədii gimnastika üzrə Dünya Kubokunun birinci günündə maraqlı anlar (FOTO)
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib
Mingəçevir Dövlət Universitetinin rektoru şəhid ailəsini ziyarət edib (FOTO)
Mayın 8-nə USD/AZN rəsmi məzənnəsi
Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib
Qeyri-sabit hava şəraiti ilə bağlı sahibkarlara xəbərdarlıq edilib
Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi
Hindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)
Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN
Estoniyada NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək
Gələcəkdə beynəlxalq səfərlərin bərpası üsulunu tapa biləcəyik - Aİ nümayəndəsi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib
Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün imtiyazlarla bağlı qanun layihələri plenar iclasa tövsiyə olundu
"Qatar Airways" Dohadan Bakıya uçuşları bərpa edir
Astarada qadını evində qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Milli Gimnastika Arenasında indiyə qədər gördüyüm ən gözəl şərait yaradılıb - Özbəkistan gimnastı
Satınalan təşkilatların nümayəndələri ilə növbəti onlayn görüş keçirilib
AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar tədbir keçirilib (FOTO)
Kreditini Yelo Bank-a gətir, daha az ödə
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)
“Yüksəliş” müsabiqəsi yarımfinal mərhələsinə hazırlaşır
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)
Xalq şairi Musa Yaqub vəfat edib
Həbsdə olan polkovnik azadlığa buraxıldı
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bütün xəbərlər