...

“Qafqaz” Konserv Zavodu 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib (FOTO)

İqtisadiyyat Materials 14 İyun 2017 15:08 (UTC +04:00)

Bakı. Trend:

“Qafqaz” Konserv Zavodu son 8 ildə yerli istehsalçılardan ət qəbul etməyib.

Trend-in məlumatına görə, bu barədə Trend-ə "Azersun Holding" MMC-dən bildirilib.

Bildirilir ki, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur:

"Konserv məhsulları yalnız xaricdən gətirilən və “Azərsun Holding”ə məxsus fermalarda bəslənən mal-qaranın ətindən hazırlanır.

Qurum bildirir ki, konserv məhsullarının istehsalı zamanı istifadə olunan ət zavoda dondurulmuş şəkildə xaricdən gətirilir:

“Ət burada soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalı həyata keçirilir. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa, istehsal dayandırılır. 4 otaqlı laboratoriyada fiziki və kimyəvi mikrobioloji analizlər aparılır. Zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır“.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti