...

"SGS Azeri LTD"nin akkreditasiyası ləğv edilib

İqtisadiyyat Materials 17 İyul 2017 18:01 (UTC +04:00)
“SGS Azeri LTD” MMC-nin fəaliyyətində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatı ləğv edilib.
"SGS Azeri LTD"nin akkreditasiyası ləğv edilib

Bakı. Trend:

“SGS Azeri LTD” MMC-nin fəaliyyətində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatı ləğv edilib.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.

İnspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”nin inspeksiya orqanının Qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 30.04.2017-ci il tarixinədək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

"Azərbaycan Akkreditasiya Mərkəzi" tərəfindən “SGS Azeri LTD” MMC-nin sınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD” MMC-nin Qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti