...

Bakı Şopinq Festivalı bütün region üçün faydalı olacaq

İqtisadiyyat Materials 2 Noyabr 2017 14:57 (UTC +04:00)
Azərbaycanda keçirilən Bakı Şopinq Festivalı istər ölkənin tanıdılması, istərsə də turizm baxımından böyük önəm daşıyır.
Bakı Şopinq Festivalı bütün region üçün faydalı olacaq

Bakı. Trend:

Azərbaycanda keçirilən Bakı Şopinq Festivalı istər ölkənin tanıdılması, istərsə də turizm baxımından böyük önəm daşıyır.

Trend-in məlumatına görə, bunu Türkiyədə fəaliyyət göstərən Mərmərə qrupu strateji və sosial araşdırmalar vəqfinin rəhbəri Akkan Suver bildirib.

Professor qeyd edib ki, bu festival Azərbaycan iqtisadiyyatına, büdcəsinə faydalı olacaq.

A.Suver qeyd edib ki, Bakı Şopinq Festivalı Azərbaycan hökumətinin turizmə göstərdiyi diqqət və qayğısı nəticəsində ərsəyə gəlmiş bir tədbirdir: “Regionun ən güclü ölkəsi olan Azərbaycan bütün sahələrə olduğu kimi, turizmə də böyük dəstək verir və MDB məkanında ilk dəfə Şopinq festival keçirməklə bir ilkə imza atır”.

O bildirib: "Mən əminəm ki, Azərbaycan bu festivalı yüksək səviyyədə təşkil edib. Çünki qardaş ölkəmiz bu günə qədər istər beynəlxalq, istərsə də regional tədbirlərin təşkilində nümunə olub. Avroviziya, Avropa Oyunları, İslam Oyunları, eləcə də Formula 1 yarışları kimi böyük tədbirləri böyük uğurla həyata keçirən Azərbaycan öz turizm imkanlarını bu festival vasitəsilə dünyaya daha da yaxından tanıdacaq. Bu festival nəinki Azərbaycan, eləcə də Qafqaz regionu və bütün türk dünyasına faydalı olacaq”.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti