...

EY Xəzər və Mərkəzi Asiya Dəmir Yolu konfransında iştirak edib

İqtisadiyyat Materials 11 Dekabr 2017 15:08 (UTC +04:00)
EY JW Marriott Abşeron Oteldə 6-7 dekabr tarixlərində keçirilmiş Xəzər və Mərkəzi Asiya Dəmir Yolu konfransında iştirak edib.
EY Xəzər və Mərkəzi Asiya Dəmir Yolu konfransında iştirak edib

Bakı. Trend:

EY JW Marriott Abşeron Oteldə 6-7 dekabr tarixlərində keçirilmiş Xəzər və Mərkəzi Asiya Dəmir Yolu konfransında iştirak edib.

Tədbir bütün regiondan olan nəqliyyat operatorlarını bir araya gətirmək məqsədini daşımaqla, nəqliyyat nazirindən qanunvericiliyə və tənzimlənməyə dəyişikliklər barədə etibarlı biliklərin səsləndiyi, investor və banklarla seçim və imkanların müzakirə edildiyi, xidmət və həlli yolu provayderlərindən ən son texnologiya ilə bağlı geniş məlumatın təqdim edildiyi peşəkar platforma rolunu oynadı və yerlərlə başladılan, idarə edilən və həyata keçirilən bizneslərlə bağlı yeni tərəfdaşlıqları inkişaf etdirdi.

Konfrans zamanı nəqliyyat operatorlarının rəqəmsallaşdırma dövründə əməliyyatların transformasiyası, yüksək sürətli dəmir yol xətlərinin tikintisi və trans-sərhəd səmərəliliyi və təhlükəsizliyi kimi tendensiyalar müzakirə edildi.

EY Rusiyanın partnyoru Boris Poretskiy dekabrın 6-da Avroasiyaya inteqrasiya, regional əməkdaşlıq, vəsaitlərin ayrılması və maliyyələşdirmə, rəqəmsal transformasiya daxil olmaqla, digər mövzuların müzakirə edildiyi tədbirə sədrlik edib. O, “Bu konfrans Avrasiyanın əsas dəmir yolu habı qismində Azərbaycanla bağlı ilk dəfə bütün vacib məsələləri və tendensiyaları əhatə edən əhəmiyyətli tədbirdir”-deyə öz fikirləri ilə bölüşdü. Konfransda həmçinin, sənaye yeniliklərinin müvafiq vəziyyəti daxil olmaqla, ətraflı beynəlxalq perspektivlər haqqında məlumat verildi.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti